BankRespublika

3D Secure

«3D Secure» - dələduzluq hallarından mühafizə olunmaq və İnternet vasitəsilə keçirilən ödənişlərin təhlükəsizləşdirilməsi imkanı verən texnologiyadır.

Aktiv internet istifadəçiləri çox vaxt qlobal şəbəkədə plastik kartla ödəniş etməli olurlar. Bu zaman adətən etirablılığı sual altında olan saytlarda məxfi məlumatı qeyd etmək lazım gəlir. Beləliklə, dələduzluq qurbanı olma riski yaranır. Kartın itirilməsi və ya oğurlanması zamanı bu risk daha da artır. Kartdan internetdə istifadə etmək cinayətkar üçün problem yaratmır – bütün lazım olan məlumatlar kartın üzərində qeyd edilimişdir.

Artıq Bank Respublikanın MasterCard və Visa International kart sahibləri İnternet vasitəsilə həyata keçirdikləri əməliyyatları təhlükəsizləşdirə və itki riskini xeyli azalda bilər. Bu internet-ödənişlərin təhlükəsizliyinin təmin edilməsində "3D Secure" adlı ən müasir texnologiyanın köməyilə mümkündür.

Bu texnologiyanın iş prinsipi müştərinin autentifikasiyasının yalnız müştəriyə aid olan və kartın üzərində qeyd edilməyən xüsusi “3D” parolu vasitəsilə “AzeriCard” prosessinq mərkəzinin mühafizə olunan səhifəsində aparılmasıdır.

“SMS Notification” xidmətinə qoşulu olan kart sahibləri avtomatik olaraq “3D Secure” xidmətinə qoşuludurlar. “3D Secure” təhlükəsizlik standartını dəstəkləyən saytlarda ödəniş edən zaman onlar “3D Secure Authentification” səhifəsində autentifikasiya metodu kimi birdəfəlik SMS şifrəsi seçir.Yalnız həmin şifrənin təsdiqindən sonra ödəniş uğurla sona çatdırılır.

 “SMS Notification” xidmətinə qoşulu olmayan müştərilər həmçinin “3D Secure” xidmətinə qoşula bilərlər. Bu zaman 3D parolu əldə etmək üçün bankomatın menyusundan "3D Secure üçün birdəfəlik parollar siyahısı" bölməsi seçilməli, birdəfəlik parollar qeyd edilmiş çek çap olunmalı və www.azericard.com səhifəsində qeydiyyatdan keçilməlidir. Qeydiyyat zamanı müştəri birdəfəlik 3D parolunu təyin etməlidir. “3D Secure” təhlükəsizlik standartını dəstəkləyən saytlarda ödəniş edən zaman müştərilər “3D Secure Authentification” səhifəsində autentifikasiya metodu kimi bir dəfəlik 3D Secure parol seçirlər və yalnız parolun təsdiqindən sonra ödənişi sona çatdırırlar.

3D Secure xidmətinə qoşulma pulsuzdur və kart sahibləri bu xidmətdən istifadəyə görə heç bir ödəniş etmirlər.