BankRespublika

Vektor

Bank Respublika “VEKTOR” adlı yeni innovativ  pulköçürmə sistemini təqdim edir!

İndi banka gəlmədən ölkə daxilində pul köçürmək də mümkün oldu!

İstәnilәn e-Manat və MilliÖn terminalından manat valyutası ilә Bakı və ölkə üzrə 18 şəhərə pul köçürmәsi edә bilәrsiniz.

Belәliklә, pulu göndәrәn şәxs e-Manat / MilliÖn terminalına yaxınlaşaraq vәsaiti daxil edir vә sistem tәrәfindәn verilәn kodu pulu alan şәxsә bildirir. Vəsaiti alan şәxs isə öz növbәsindә Bank Respublika-nın istәnilәn filialına yaxınlaşaraq şәxsiyyәt vәsiqәsini vә köçürmә kodunu tәqdim edikdən sonra vәsaiti ala bilər.

Maksimal köçürmə məbləği 3000 manat təşkil edir, gün ərzində bir telefon nömrəsi üzrə 5 köçürmə əməliyyatı aparıla bilər.

"Vektor" pulköçürmə sistemi üzrə ətraflı məlumatı aşağıdakı linkdə almaq mümkündür.

Xidmət edilən bölgələr:

 Abşeron, Bakı, Bərdə, Cəlilabad,Gəncə, Xaçmaz,Qax,  Quba,  Lənkəran , Masallı,  Mingəçevir,  Sabirabad,  Sumqayıt, Şirvan , Tovuz  ,Yevlax ,Zaqatala  

İndi ölkədaxili pul köçürmələri üzrə aktiv müştərilər vəsaiti birbaşa plastik kartla ala biləcəklər ki, həmin məbləği asanlıqla istənilən bankomat vasitəsilə nağdlaşdırmaq, onlayn xərcləmək və ya POS-terminal üzrə alış etmək mümkün olacaq. Yeni kart pulsuz verilir və tam funksiyalı bank kartı kimi istifadə oluna bilər. Kart üzərindən vəsaitin nağdlaşdırılması zamanı heç bir faiz tutulmur, bu da kart sahibini pulköçürmə əməliyyatı üzrə ikiqat komissiyadan azad edir.

Bank Respublika filialları üzrə tariflər:

Transferin məbləği, AZN

Xidmət haqqı, AZN

1-300 2
301-400 3
401-600 4
601-700 5
701-900 6
901-1000 8
1001-1500 10
1501-2000 13
2001-2500 16
2501-3000 20

 

"Vektor" bank kartlarına pul köçürmələri üzrə tariflər:

Transferin məbləği, AZN

Xidmət haqqı, AZN

1-300 2
301-400 2
401-600 3
601-700 4
701-900 5
901-1000 6
1001-1500 8
1501-2000 10
2001-2500 12
2501- 3000 15