BankRespublika

Priority Pass

Bank Respublika kart müştərilərinə Priority Pass servis kartını təqdim edir. Priority Pass kartı sahibinə dünyanın 500-dən artıq beynəlxalq hava limanında birinci dərəcəli zallara və VİP-zallara giriş imkanını verir.

Kart sahibi biznes-xidmətlərdən (telefon, faks, danışıqların aparılması üçün otaq və s.), həmçinin bəzi hallarda İnternetdən istifadə, müxtəlif telekanallara baxma və digər xidmətlərdən istifadə etmək hüququna malikdir.

VİP-zala çıxış əldə etmək üçün Priority Pass üzvlük kartını təqdim etmək kifayətdir. Kart sahibi onu yola salan şəxsləri və biznes üzrə tərəfdaşlarını da (VİP-zalların şərtlərindən asılı olaraq 10 adama qədər) özü ilə zala dəvət edə bilər. Bir nəfər üçün VİP-zalın xidmətlərindən istifadə haqqı 30 ABŞ dollara (Məbləğ Azərbaycan Respublikasının Mərkəzi Bankının silinmə gününə olan valyuta məzənnələrinə əsasən silinir.) bərabərdir.

Priority Pass servis kartının qiyməti 50 manatdır (2 illik). Bu kartı əldə etmək üçün Bank Respublika-nın filial və şöbələrinə müraciət etmək olar.

Priority Pass haqqında əlavə məlumatı www.prioritypass.com saytında əldə etmək olar.