BankRespublika

Bank Respublika-nın filialları bayram günlərində də çalışacaq.

Martın 20-26 tarixləri bayram günləri olmasına baxmayaraq Bank Respublika-nın 3 filialı pulköçürmə xidmətləri və valyuta mübadiləsi üzrə xüsusi iş rejimində çalışacaq:

  • Neftçilər prospekti, 67 ünvanında “Azneft” Filialı: 20-24 mart, saat 10:00-dan - 20:00-dək
  • Xaqani küçəsi, 21 ünvanında “Baş Ofis”: 20-25 mart, saat 10:00-dan - 20:00-dək
  • D.Əliyeva küçəsi, 243 ünvanında “Nəsimi” Filialı: 20-25 mart, saat 10:00-dan - 20:00-dək

Bankımızın “OFİS 24” şöbəsi həmişəki kimi 24/7 iş rejimində bazar və bayram günləri daxil olmaqla müştərilərə xidmət göstərməkdə davam edəcək.

Bu qərar bank tərəfindən Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyəsi ilə Novruz bayramı ilə əlaqədar ölkəmizə turist axının olacağını nəzərə alaraq, onların valyuta mübadiləsi əməliyyatlarını rahat həyata keçirə bilmələri üçün verilmişdir.

Bayramınız Mübarək olsun!

Baş ofis

Ünvan: Bakı ş., Xaqani küç. 21
Telefon: (+994 12) 144, (+994 12) 598 08 00
Faks: (+994 12) 598 08 80
E-mail: Info@bankrespublika.az
İş vaxtı: Bazar ertəsi – Cümə: 9:00 - 17:30