BankRespublika

Bank Respublika-nın Müşahidə Şurasına yeni sədr təyin olundu.

28 mart 2017-ci il tarixdə “Bank Respublika” ASC-nin Səhmdarlarının Ümumi Yığıncağında Şakir Rəhimov bankın Müşahidə Şurasının yeni Sədri vəzifəsinə təyin edildi.

Bank Respublika-dan öncə Ş.Rəhimov “Access Bank” QSC-də İdarə Heyətinin Sədr Müavini vəzifəsində çalışıb. Ş.Rəhimov Azərbaycan Dövlət İqtisad Universiteti və Warwick Universitetində, Warwick Business School Biznes Administrasiyası üzrə magistr dərəcəsi alıb. O, hal-hazırda Stendford Universitetində “Strateji qərarlar və Risklərin İdarə edilməsi” proqramı üzrə təhsilini davam etdirir.

“Bank Respublika” ASC 22 may 1992-ci il tarixdə Azərbaycan Respublikası Milli Bankının lisenziyası əsasında fəaliyyətə başlamışdır və 25 ildir ki, “Sizə Faydalı” şüarına sadiq qalaraq, effektiv maliyyə xidmətləri göstərir. 

Bankın səhmdarları sırasında Almaniyanın iki tanınmış maliyyə institutu təmsil olunur – KfW (Almaniyanın Dövlət Bankı) bank qrupunun üzvü DEG İnvestisiya Şirkəti və Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü Sparkassen International Development Trust.

Baş ofis

Ünvan: Bakı ş., Xaqani küç. 21
Telefon: (+994 12) 144, (+994 12) 598 08 00
Faks: (+994 12) 598 08 80
E-mail: Info@bankrespublika.az
İş vaxtı: Bazar ertəsi – Cümə: 9:00 - 17:30