BankRespublika

Bank Respublika kartlar üzrə mübadilə komissiyalarını ləğv edir.

19 Aprel 2017-ci il tarixindən etibarən Bank Respublika-nın kartları vasitəsilə aparılan əməliyyatlarda daha öncə tədbiq edilən mübadilə komissiyaları ləğv edilir. Bundan əlavə, bank kartları üzrə mübadilə əməliyyatları artıq bankın təyin etdiyi xüsusi məzənnəyə uyğun olaraq aparılacaq.

Xüsusi məzənnələrin üstünlüyü ondan ibarətdir ki, nağd şəkildə aparılan əməliyyatlar zamanı tətbiq edilən məzənnələrdən daha sərfəli olacaq və bu əməliyyatlar zamanı heç bir əlavə komissiyaların ödənilməsinə ehtiyac qalmır.

Kart məzənnələri hər gün saat 14:00 təyin oluncaq və növbəti iş günü saat 14:00-dək güvvədə qalacaq. Müştərilərin rahatlığı üçün bu məzənəllər bankın rəsmi veb-səhifəsində mütəmadi olaraq yenilənəcək. Əməliyyat məbləği isə kart hesabından silindiyi tarixdə bankın qüvvədə olan daxili məzənnəsi ilə hesabdan silinəcək.

ABŞ dolları ilə olan kartlarla xaricdə aparılan əməliyyatların mübadiləsi yalnız ödəniş sistemlərinin məzənnəsi ilə aparılır. Xaricdə digər valyutalarda aparılan əməliyyatların mübadiləsi isə ödəniş sistemlərinin və bankın daxili məzənnələri ilə aparılır.

Azericard sisteminə daxil olan banklar arasında müştəriləri üçün bu yeniliyi ilk dəfə tədbiq edən Bank Respublika oldu.

Bank Respublika plastik kartları pulsuz təklif edir. Üstəlik, İnternet Şöbə və Mobil Şöbə xidmətləri hədiyyə verilir!

Kartları onlayn sifariş etmək üçün aşağıdaki linkə keçid edin: https://www.bankrespublika.az/content/az/99

Baş ofis

Ünvan: Bakı ş., Xaqani küç. 21
Telefon: (+994 12) 144, (+994 12) 598 08 00
Faks: (+994 12) 598 08 80
E-mail: Info@bankrespublika.az
İş vaxtı: Bazar ertəsi – Cümə: 9:00 - 17:30