BankRespublika

May ayında anadan olanlara Bank Respublikadan pulsuz plastik kartı!

Bank Respublika 25 illiyinə həsr olunmuş daha bir kampaniyaya start verir. Bu kampaniya çərçivəsində May ayında anadan olanlar MasterCard Standard  və ya Visa Classic kartlarını pulsuz və ilkin mədaxilsiz ala biləcəklər.

Aksiyada iştirak etmək üçün banka şəxsiyyət vəsiqısini təqdim etdikdən sonra sadəcə kartı sifariş etmək lazımdır. Vaxtınıza qənaət etmək üçün kartı onlayn bankın saytından sifariş etmək mümkündür. Bundan əlavə, bank həmin müştəriyə Mobil və İnternet Şöbə xidmətlərini hədiyyə edir.

Həmçinin, Bank may ayında anadan olan mövcud müştərilərə tamamilə pulsuz və ilkin ödənişsiz öz kartlarını bir pillə yuxarı artırmaq imkanı verir.

Bu kampaniyada MasterCard World Elite və Visa Infinite kartları istisna olmaqla, bütün digər kart növləri iştirak edir. Kampaniyanın şərtlərinə uyğun olaraq, hər bir müştəri mövcud kartını yeniləyə və ya yenisini ala bilər.

Bank Respublika 22 May 1992-ci ildən fəaliyyət göstərir və bu illər ərzində Azərbaycanın aparıcı banklarından birinə çevrilmişdir. Cari ildə bank öz 25 illik yubileyini qeyd edir və bu münasibətlə müştəriləri bir çox sürprizlərlə bütün il boyu sevindirəcək.

Bank Respublika, 25 il Sizə faydalı!

Onlayn Sifariş

Baş ofis

Ünvan: Bakı ş., Xaqani küç. 21
Telefon: (+994 12) 144, (+994 12) 598 08 00
Faks: (+994 12) 598 08 80
E-mail: Info@bankrespublika.az
İş vaxtı: Bazar ertəsi – Cümə: 9:00 - 17:30