BankRespublika

Bank Respublika və Rabitəbank ATM şəbəkəsini birləşdirdi.

Müştəri məmnuniyyətini düşünərək, bu addım kart istifadəçiləri üçün çox sərfəli və rahat  şərtlərlə vəsaitlərini iki bankın ATM  şəbəkəsi vasitəsi ilə  nağdlaşdırmağa  imkan yaradır.

İndi Bank Respublika-nın bütün əməkhaqqı kart istifadəçiləri Rabitəbank  ATM-lərindən vəsaiti 0% komissiya ilə nağdlaşdıra bilərlər. Bankın digər kartları ilə nağdlaşdırma zamanı 1% (минимум 1 AZN) komissiya tutulacaq.

Beləliklə, iki bankın birləşməsi nəticəsində ATM şəbəkəsində bankomatların sayı 90-ı  keçmişdır. Ölkənin aparıcı banklarının bankomat şəbəkələrinin birləşməsi kart məhsullarını istehlakçılar üçün daha cəlbedici edəcək və onların bağlılığını daha da artıracaq.

Bu gün ATM  şəbəkələrinin birləşməsi xidmət infrastrukturunun genişləndirilməsinə və müştərilərin rahatlığına xidmət edir.

 

Baş ofis

Ünvan: Bakı ş., Xaqani küç. 21
Telefon: (+994 12) 144, (+994 12) 598 08 00
Faks: (+994 12) 598 08 80
E-mail: Info@bankrespublika.az
İş vaxtı: Bazar ertəsi – Cümə: 9:00 - 17:30