BankRespublika

Bank Respublika sahibkarlara faydalı əməkhaqqı layihəsi təklif edir.

Bank Respublika müəssisə və təşkilatlara sərfəli şərtlərlə əmək haqqı layihələrini təklif edir. Yeni şərtlərə əsasən, banka müraciət edən sahibkarlar əməkhaqqı layihələrində bir sıra güzəşt və üstünlüklər əldə edə biləcəklər.

Əməkhaqqı layihəsi çərçivəsində, yüksək təhlükəsizlik dərəcəsi olan çiplə təchiz olunmuş MasterCard Standard kartları pulsuz, xidmət haqqı tutulmadan və 5 il müddətinə təklif olunur. Bank Respublika-nın geniş bankomat şəbəkəsində heç bir faiz tutulmadan vəsaiti nağdlaşdırmaq mümkündür.

Həmçinin, Bank Respublikanın əməkhaqqı kartı sahibləri Rabitəbank-ın ATM şəbəkəsində 0% komissiya ilə nağdlaşdırma apara bilərlər. Bundan başqa, əmək haqqı kartları istifadəçiləri üçün güzəştli şərtlərlə istehlak kreditlərinin verilməsi də nəzərdə tutulub.

Bank Respublika-nın bütün kartları (əməkhaqqı kartları daxil) avtomatik qaydada PayKart bonus sisteminə qoşulur. Plastik kartınızla partnyor şəbəkəsində nağdsız alış etdikdə, sistemin konkret partnyorundan asılı olaraq – hər ödənişdə məbləğin 25%-dək Sizə bonus şəklində “Pay” verilir.

Beləliklə, müəssisə rəhbərləri Bank Respublika-nın əmək haqqı layihəsinə qoşularkən, güzəştlərdən faydalanmaqla yanaşı, əlavə vaxt itkisindən və əlavə resurslar cəlb etməkdən azad olurlar. Əmək haqqı layihəsinə qoşulmaq üçün bankın istənilən ofisinə müraciət etmək olar.

Baş ofis

Ünvan: Bakı ş., Xaqani küç. 21
Telefon: (+994 12) 144, (+994 12) 598 08 00
Faks: (+994 12) 598 08 80
E-mail: Info@bankrespublika.az
İş vaxtı: Bazar ertəsi – Cümə: 9:00 - 17:30