BankRespublika

Bank Respublika Avronun ABŞ dollarına qarşı xüsusi kart məzənnələrini tətbiq edir.

Bu ilin aprel ayından etibarən Bank Respublika kartlar üzrə mübadilə komissiyalarını ləğv edib, həmçinin  kartlar üzrə mübadilə əməliyyatları bankın təyin etdiyi xüsusi məzənnəyə uyğun olaraq aparılır.

İndi, müştərilərin tələblərini nəzərə alaraq, Avronun ABŞ dollarına qarşı xüsusi alış və satış məzənnələri tətbiq ediləcək. Bunun üstünlüyü ondadır ki, xarici valyutalar arasında aparılan əməliyyatlar zamanı müştərilərə sərfəli olmayan ikiqat mübadilə əvəzinə (hər iki xarici valyutanın manata qarşı məzənnəsini tətbiq etməklə) birbaşa Avronun ABŞ dollarına qarşı xüsusi məzənnəsi tətbiq ediləcək. Başqa sözlə, cəmi bir mübadilə əməliyyatı keçiriləcək.

Həmçinin, əvvəl olduğu kimi, bu əməliyyatlar zamanı heç bir əlavə komissiya tutulmayacaq. Beləliklə, qündəlik qaydada bankın rəsmi saytında kart məzənnələri bölümündə əlavə olaraq Avronun ABŞ dollarına qarşı birbaşa kart məzənnələri də əks olunacaq. Bu məzənnələr xarici valyutalar arasında baş verən bütün ölkədaxili və ölkəxarici kart mübadilə əməliyyatlarında tətbiq olunacaq.

ABŞ dolları ilə olan kartlarla xaricdə aparılan əməliyyatların mübadiləsi yalnız ödəniş sistemlərinin məzənnəsi ilə aparılır. Xaricdə digər valyutalarda aparılan əməliyyatların mübadiləsi isə ödəniş sistemlərinin və bankın müvafiq daxili məzənnələri ilə aparılır.

Baş ofis

Ünvan: Bakı ş., Xaqani küç. 21
Telefon: (+994 12) 144, (+994 12) 598 08 00
Faks: (+994 12) 598 08 80
E-mail: Info@bankrespublika.az
İş vaxtı: Bazar ertəsi – Cümə: 9:00 - 17:30