BankRespublika

Kod sözü

Kart sahibi banka telefonla müraciət etdikdə, onun identifikasiyası üçün kod sözü tələb olunur. Məsələn, kart itirildikdə, kartı blokdan çıxarılmaq və ya kartın çalışması ilə bağlı digər problemlər yarandıqda müştəridən həmin söz soruşulur. Kod sözü  kart sifarişi verilən zaman müraciət ərizəsində qeyd olunur, bankın əməkdaşı isə onu məlumat bazasına daxil edir.

Kod sözünü seçmək üçün bank kart sahibinə bir sıra suallar təklif edir. Bu silsilədən seçdiyiniz suala verilən cavab müştərinin kod sözü hesab olunur. Adətən “Ən çox sevdiyiniz insan?”, “Ananınız qız soyadı?” və s. bu kimi suallara verilən cavabın kod sözü kimi istifadə olunması təklif edilir. Lakin kart sahibi öz istəyi ilə də kod sözü və ona uyğun sual fikirləşə bilər.  

Zərurət yarandıqda kod sözünü yenisi ilə də əvəz etmək mümkündür. Bunun üçün şəxsiyyəti təsdiq edən sənədlə bankın müfafiq ofisinə müraciət etmək lazımdır.

Baş ofis

Ünvan: Bakı ş., Xaqani küç. 21
Telefon: (+994 12) 144, (+994 12) 598 08 00
Faks: (+994 12) 598 08 80
E-mail: Info@bankrespublika.az
İş vaxtı: Bazar ertəsi – Cümə: 9:00 - 17:30