BankRespublika

Bank Respublikaya ziyarətinizi Sizə uyğun vaxta təyin edin – yeni Mobil Vizit xidməti.

Bank Respublikanın “Mobil Vizit” xidmətindən istifadə etməklə banka ziyarətinizi əvvəlcədən rezerv etmək mümkündür. Bu xidmət müştərilərə öz iş günlərini daha səmərəli planlaşdırmağa və uyğun xidmət vaxtını təyin etməyə imkan verir.

Yeni xidmət pulsuzdur və Mobil Şöbə əlavəsinin funksionalında aktivləşdirilib. Müştəri müraciət edəcəyi bank məhsulunu seçən kimi, həmin xidmət avtomatik qaydada qısa müddətdə xidmət vaxtını təyin etmək üçün ən uyğum filialları təklif edəcək.

Daha sonra, istifadəçiyə ondan öncə növbə gözləyən müştərilərin sayı və müvafiq olaraq gözləmə vaxtı haqqında məlumat  və sıra nömrəsi veriləcək.

Həmçinin SMS-bildirişi də aktivləşdirmək olar və müştəri növbədə 2/3-cü olan kimi  SMS-bildiriş göndəriləcək. Hətta bankdan kənarda olan zaman belə, bu xidmət müştərinin növbəsini qaçırmamaq üçün yardımçı olacaq.

Mobil Şöbə əlavəsini aşağıdakı linklərə keçidlə yükləmək olar:

Android - https://play.google.com/store/apps/details?id=com.brmobilshobe&hl=ru

iOS - https://appsto.re/az/7jeFbb.i

Baş ofis

Ünvan: Bakı ş., Xaqani küç. 21
Telefon: (+994 12) 144, (+994 12) 598 08 00
Faks: (+994 12) 598 08 80
E-mail: Info@bankrespublika.az
İş vaxtı: Bazar ertəsi – Cümə: 9:00 - 17:30