BankRespublika

“Mobil Şöbə” əlavəsində ölkə üzrə pulköçürmə xidməti əlavə olundu.

В приложении “Mobil Şöbə” от Банка Республика добавлена система денежных переводов внутри страны “Vektor”.

Bank Respublika-nın “Mobil Şöbə” xidmətində “Vektor” ölkədaxili pulköçürmə sistemi əlavə edildi.

İndi istifadəçilər “Mobil Şöbə” üzərindən pul vəsaitlərini cari hesabdan və ya bank kartından yaxın və qohumlarına nağd şəkildə göndərə biləcəklər. Pulu köçürmək üçün “Vektor” bölməsinə daxil olub pulu alan şəxsin adı, soyadı, atasının adını və müvafiq məbləği qeyd etmək kifayət edir. Göndərilən məbləği bankın istənilən filialından almaq olar.

Pulu alan şəxsin “Vektor” kartı varsa vəsaiti birbaşa həmin karta da dərhal köçürmək mümkündür. Karta köçürülən məbləği asanlıqla istənilən bankomat vasitəsilə nağdlaşdırmaq, onlayn xərcləmək və ya POS-terminal üzrə alış etmək mümkün olacaq.    

Xatırladırıq ki, “Mobil Şöbə” əlavəsini aşağıdakı linklərə keçid etməklə PlayMarket və AppStore-dan yükləmək olar.

iOS - https://appsto.re/az/7jeFbb.i

Android - https://play.google.com/store/apps/details?id=com.brmobilshobe

Baş ofis

Ünvan: Bakı ş., Xaqani küç. 21
Telefon: (+994 12) 144, (+994 12) 598 08 00
Faks: (+994 12) 598 08 80
E-mail: Info@bankrespublika.az
İş vaxtı: Bazar ertəsi – Cümə: 9:00 - 17:30