Bank Respublika
BankRespublika

Bank Respublika korporativ müştərilər üçün “Mobil Ofis” xidmətini təqdim edir.

Bank Respublika hüquqi şəxslər və fərdi sahibkarlar üçün Mobil Ofis – yeni mobil əlavəsini istifadəyə verdi. İndi Bank Respublikanın müştərisi olan hüquqi şəxslər öz hesablarına banka gəlmədən bu əlavə üzərindən nəzarət edə biləcəklər.

Yeni xidmət vasitəsilə cari və kredit hesablardan, əmanətlər və biznes-kartlarından  çıxarışları izləmək mümkündür. Mobil Ofis fon rejimində olduqda isə “Push-bildiriş” funksiyası vacib əməliyyatlarını qaçırmamaq üçün yardımçınız olacaq. Həmçinin, bir əlavəyə eyni zamanda bir neçə hüquqi şəxsin qoşulması mümkündür.

Bu proqramda fərdi sahibkarların biznes kartları ilə işləməsi imkanı, vəsaitləri vacib işlərdən ayrılmadan idarə etməyə imkan yaradır.

“Mobil Ofis-in ilkin versiyası korporativ müştərilərimizin tələbatlarını nəzərə alaraq, hazırlanıb. Hal-hazırda bu xidmət daha çox informativ xarakter daşıyır, lakin yaxın zamanda bir sıra yeniliklər əlavə olunacaq və orada gərçək bir ofis ab-havası yaşanacaq” – deyə İdarə Heyəti sədrinin müavini Elnur Həsənov bildirdi.

Bundan başqa, ilin sonunadək bank tamamilə yenilənmiş internet bankinq xidmətini (İnternet Ofis adlanacaq) korporativ müştərilərin istifadəsinə verməyə hazırlaşır.    

Xatırladırıq ki, buna bənzər Mobil Şöbə əlavəsi fiziki şəxslər tərəfindən qısa müddət ərzində rəğbətlə qarşılandı və hazırda bu xidmətin 5 mindən çox məmnun istifadəçisi var.

Xidmətə qoşulmaq üçün Bank Respublikanın istənilən ofisinə müraciət etmək olar. Əlavə məlumat üçün 144 qısa telefon nömrəsi ilə əlaqə saxlayın.

Baş ofis

Ünvan: Bakı ş., Xaqani küç. 21
Telefon: (+994 12) 144, (+994 12) 598 08 00
Faks: (+994 12) 598 08 80
E-mail: Info@bankrespublika.az
İş vaxtı: Bazar ertəsi – Cümə: 9:00 - 17:30