Bank Respublika
BankRespublika

Cümhuriyyətin 100 illiyi ilə əlaqədar Bank Respublika məhdud sayda yubiley kartlarını istifadəyə verdi.

Kartın məxsusi dizaynında əks olunan Azərbaycanın tarixi xəritəsi və bank tərəfindən Cümhiriyyətin 100 illiyi münasibətilə tərtib edilmiş loqotip - şərəfli tariximizə böyük önəm verilməsi haqqında xəbər verir. Yeni bank kartları qızılı və gümüşü rəng tonlarında GoldvəPlatinum kartlarına uyğun hazırlanıb.

“Biz böyük qurur hissi ilə bayram sevincini soydaşlarımızla birlikdə paylaşırıq və ölkənin aparıcı banklarından biri kimi, Bank Respublika müştərilərin bu əlamətdar tarixi yubiley kartını əldə etməklə qeyd etmək imkanını verməyə özümüzə borc bilirik” – deyə, bankın İdarə heyətinin sədr müavini Elnur Həsənov qeyd etdi.

Azərbaycan Respublikasının hər bir vətəndaşı bayram kartlarını bankın istənilən filialında sifariş edə bilər. Yubiley kartları MasterCard Gold və MasterCard Platinum kartlarının standart rəsmiləşdirmə şərtləri ilə verilir.

Təqdim edilən kartlar kolleksiya tirajında istifadəyə verilir, bu isə o deməkdir ki, əlavə istehsalı nəzərdə tutulmayıb. Beləliklə, Cümhuriyyətin 100 illiyi şərəfinə hazırlanmış unikal kartları bu gündən etibarən əldə etmək mümkün olacaq.

Bank Respublika xalqımızı Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə təbrik edir, vətənimizin uzun illər boyu yaşayıb çiçəklənməsini arzulayır.

Daha ətraflı məlumatı bankın rəsmi saytından, Facebook səhifəsindən və ya 144 nömrəsinə zəng etməklə əladə etmək olar.

Baş ofis

Ünvan: Bakı ş., Xaqani küç. 21
Telefon: (+994 12) 144, (+994 12) 598 08 00
Faks: (+994 12) 598 08 80
E-mail: Info@bankrespublika.az
İş vaxtı: Bazar ertəsi – Cümə: 9:00 - 17:30