Təhsil haqqı krediti
Bu məhsul Respublika ərazisində fəaliyyət göstərən təhsil ocaqlarında (ali, peşə-ixtisas və orta) ödənişli əsaslarla təhsil alan tələbə və şagirdlərin təhsil haqqlarının ödənilməsi üçün nəzərdə tutulub. Məhsul şərtləri ilə ətraflı olaraq aşağıda tanış ola bilərsiniz.
“Təhsil haqqı krediti” |
|
Ərizəçi |
Aşağıdakı şəxslərdən istənilən biri müvafiq məhsul üzrə ərizəçi qismində çıxış edə bilər. Respublika ərazisində fəaliyyət göstərən təhsil ocaqlarında (ali, peşə - ixtisas və orta) ödənişli əsaslarla təhsil alan tələbənin;
|
Tələb edilən sənədlər |
1. Ərizəçinin şəxsiyyəti təsdiq edən sənəd; 2. Tələbənin şəxsiyyətini təsdiq edən sənəd; 3. Gəlirləri təsdiq edən sənəd; 4. Müvafiq təhsil müəssisəsindən təqdim edilmiş və tələbənin ödənişli əsaslarla təhsil aldığını təsdiq edən arayış; Qeyd: Şəxsiyyəti təsdiq edən sənədlər vasitəsilə əzirəçi və tələbənin qohumluq dərəcəsi sübut oluna bilməzsə nigah və ya doğum haqqında şəhadətnamə tələb edilə bilər. |
Məbləğ |
500 – 10,000 AZN |
Müddət |
Maksimum 12 ay |
İllik faiz dərəcəsi |
20%-dən başlayaraq |
Komissiya |
1% (min.10 AZN) |
Təminat |
Kreditin məbləği 3000 AZN-dən çox olduqda zamin tələb edilir |