BankRespublika

Bank Respublika Sərhəd və Dövlət Mühafizə Xidməti əməkdaşları üçün kreditlərdə 10% endirim etdi.

Bank Respublika Dövlət Sərhəd Xidməti (DSX) və Xüsusi Dövlət Mühafizə Xidməti (XDMX) əməkdaşlarının peşə bayramları münasibətilə 15 avqust tarixindən etibarən sərhədçilərimiz və mühafizə xidmətinin əməkdaşları üçün nağd kredit kampaniyasına start verir. Kampaniya çərçivəsindəDSX və XDMX əməkdaşları nağd krediti 10%-dək endirimlə əldə edə biləcək!

Kredit illik 19%-dən başlayaraq, 36 ayadək müddətlə, maks.20.000 manat məbləğində verilir. Müştərinin aylıq gəlirindən asılı olaraq 5.000 manatadək nağd kredit isə zaminsiz verilir.

Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini əldə etmək üçün DSX və XDMX əməkdaşları, həmçinin bu qurumlardan təqaüdə çıxanlar Bank Respublikanın istənilən filialına müraciət edə bilər.

Kampaniya 31.08.2018 tarixinədək davam edəcək.

Qeyd edək ki, indi bütün müştərilər WhatsApp Kredit xidmətindən istifadə edərək, banka gəlmədən smartfon vasitəsilə asanlıqla və vaxt itirmədən kredit almaq üçün 0502459 144 nömrəsinə müraciət edə bilərlər.

Kredit rəsmiləşdirilən zaman müştəri AvtoÖdəniş sisteminə qoşulmaqla aylıq kredit borclarının ödənişini banka gəlmədən rahat bir şəkildə həyata keçirə bilər.

Ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Baş ofis

Ünvan: Bakı ş., Xaqani küç. 21
Telefon: (+994 12) 144, (+994 12) 598 08 00
Faks: (+994 12) 598 08 80
E-mail: Info@bankrespublika.az
İş vaxtı: Bazar ertəsi – Cümə: 9:00 - 17:30