BankRespublika

Bank Respublika Qurban bayramı münasibətilə xeyriyyə aksiyası keçirdi.

Mənəvi birlik və vəhdət rəmzi olan müqəddəs Qurban bayramında insanlar xeyirxah əməlləri ilə ehtiyacı olanlara yardımlar edir, kəsdikləri qurbanlardan onlara pay verirlər. Qarşıdan gələn bayramla əlaqədar “Bank Respublika”nın kollektivi “Güvən” Xeyriyyə və Dostluq Cəmiyyəti ilə birgə növbəti sosial aksiya həyata keçirdi.

Bankın əməkdaşları Ağcəbədi rayonunda fəaliyyət göstərən “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”ndə valideyin himayəsindən məhrum olmuş, xüsusi qayğıya ehtiyacı olan və aztəminatlı ailələrdən olan uşaqları bayram münasibətilə təbrik etdi və bank tərəfindən hazlırlanmış bayram sovqatlarını ailələrə təqdim etdi.

Tədbirdə qeyd edildi ki, ki,müsəlmanların milli mənəvi həmrəyliyi, saflıq və mərhəmət rəmzi olan bu bayramın əsas mahiyyəti kəsilmiş qurbanlıq heyvanların ətini imkansızlarla bölüşmək, onları sevindirməkdir. Bayram tədbiri mərkəzin xüsusi qayğıya ehtiyacı olan uşaqların ifasında gözəl rəqs nömrələri və səhnəciklərdən ibarət musiqili proqramı ilə davam etdi.

Bankdan verilən məlumata əsasən Korporativ Sosial Məsuliyyət siyasəti çərçivəsində Bank, bundan sonra da müxtəlif sosial tədbirlər və layihələr həyata keçirməyə davam edəcək.

Baş ofis

Ünvan: Bakı ş., Xaqani küç. 21
Telefon: (+994 12) 144, (+994 12) 598 08 00
Faks: (+994 12) 598 08 80
E-mail: Info@bankrespublika.az
İş vaxtı: Bazar ertəsi – Cümə: 9:00 - 17:30