BankRespublika

İnternet Ofis

Bank Respublika Hüquqi şəxslər və Fərdi sahibkarlar üçün nəzərdə tutulmuş yeni «İnternet Ofis» İnternet Bankçılıq xidmətini təklif edir.

«İnternet Ofis» xidməti müştərilərə dünyanın istənilən nöqtəsində 24 saat ərzində İnternetə çıxışı olan cihazlardan Bank Respublika-dakı hesablarını izləmək və əməliyyat aparmaq imkanı verir.

Bu xidmətə pulsuz qoşulduqdan sonra Fərdi sahibkarlar, həmçinin şirkət və təşkilatlar istifadə edib faydalana bilərlər. «İnternet Ofis» xidmətindən istifadə etmək üçün xüsusi proqramların yüklənməsi və əlavə biliklər tələb olunmur.

Yeni xidmət müştərinin kompüterində mövcud olan istənilən brauzer vasitəsilə Azərbaycan, Rus və İngilis dillərində istifadə oluna bilər. İlkin mərhələdə ödəniş tapşırıqlarını ASAN İMZA vasitəsilə imzalamaq mümkündür.

Xidmətin dizaynı adaptiv tərtib olunub ki, «İnternet Ofis»-dən istənilən cihazda rahat istifadə etmək mümkün olsun.

Internet Ofisə-ə daxil ol