BankRespublika

Bank Respublika cəbhə bölgəsində birinci sinifə gedəcək uşaqları sevindirdi.

İnsanın şəxsiyyət kimi formalaşmasında, onun inkişafında təhsilin rolu danılmazdır. Buna görə də təhsilin səviyyəsinə, keyfiyyətinə uyğun olaraq cəmiyyət formalaşır.

Davamlı olaraq müxtəlif sosial layihələr keçirən Bank Respublika bu dəfə təhsilə və elmə dəstək məqsədi ilə cəbhə bölgəsində yaşayan və bu il birinci sinifə gedəcək uşaqları sevindirdi.

Belə ki, Bankın əməkdaşları “Güvən” Cəmiyyəti ilə birgə qarşıdan gələn yeni tədris ili ilə bağlı Füzuli rayonunda salınmış Qayıdış qəsəbəsində eləcə də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yerləşən 5 məktəbdə oldular.

Görüşlərdə bankın əməkdaşları qaçqın və məcburi köçkün ailələrindən olan 100-dən çox birinci sinif şagirdlərinə məktəbli çantası və dərs ləvazımatları hədiyyə etdi, onlara yeni tədris ilində uğurlar, yeni biliklərə yiyələnməyi və gələcəkdə ölkənin faydalı mütəxəssisləri olmağı arzu etdilər.

 Tədbirdə çıxış edən müəllimlər bildiriblər ki, məktəbin düşmənlə təmas xəttində yerləşməsinə baxmayaraq , şagirdlərin davamiyyəti, tədrisin keyfiyyəti yüksəkdir.

Bankdan verilən məlumata əsasən Korporativ Sosial Məsuliyyət siyasəti Bank üçün prioritet təşkil edən sahələrdən biridir və Bank, bundan sonra da bu növ müxtəlif sosial layihələr həyata keçirməyə davam edəcək.

Baş ofis

Ünvan: Bakı ş., Xaqani küç. 21
Telefon: (+994 12) 144, (+994 12) 598 08 00
Faks: (+994 12) 598 08 80
E-mail: Info@bankrespublika.az
İş vaxtı: Bazar ertəsi – Cümə: 9:00 - 17:30