BankRespublika

Bank Respublika əmək haqqı layihələri üzrə sərfəli şərtlər təklif edir

Fəaliyyətində korporativ bankçılığa xüsusi önəm verən Bank Respublika,şirkət rəhbərlərinə, həm də əməkdaşlarına bir çox üstünlüklər və əlavə imtiyazlar qazandıran əmək haqqı layihələri təklif edir. Əmək haqqı layihələrinin sərfəli olmasını bankın əldə etdiyi nəticələr də təsdiq edir. Ötən bir il ərzində Bankın əmək haqqı layihəsinə qoşulan şirkətlərin sayı 50% artıb.

Bankın təqdim etdiyi əmək haqqı layihəsinə qoşulmaqla həm müəssisə, həm də onun əməkdaşları bir çox faydalı imkanlar qazanır. Belə ki, müəssisə inkassasiya xərclərini azaldır, güzəştlərdən faydalanmaqla yanaşı, əlavə vaxt itkisindən və əlavə resurslar cəlb etməkdən azad olurlar.

Əmək haqqı kart sahibləri “Bank Respublika”nın hər zaman nağd pul ehtiyatı olan geniş bankomat şəbəkəsində heç bir faiz tutulmadan vəsaiti nağdlaşdıra bilirlər.Bundan başqa, əmək haqqı kartları istifadəçiləri avtomatik qaydada PayKart bonus sisteminə qoşulur, eləcə də güzəştli şərtlərlə istehlak kreditləri əldə edə bilirlər.

Qeyd edək ki, layihə çərçivəsində MasterCard və Visa plastik kartları pulsuz, xidmət haqqı tutulmadan və 5 il müddətinə təklif olunur.

Baş ofis

Ünvan: Bakı ş., Xaqani küç. 21
Telefon: (+994 12) 144, (+994 12) 598 08 00
Faks: (+994 12) 598 08 80
E-mail: Info@bankrespublika.az
İş vaxtı: Bazar ertəsi – Cümə: 9:00 - 17:30