BankRespublika

Bank Respublika “Sabah” Futbol Klubunun rəsmi sponsoru oldu.

Bu gün ölkənin aparıcı banklarından biri sayılan "Bank Respublika" ilə Azərbaycan futbolunun gənc komandalarından biri olan "Sabah" Futbol Klubu (FK) arasında sponsorluq və əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Müqaviləni "Bank Respublika"nın İdarə Heyətinin Sədr müavini Elnur Həsənov və “Sabah” FK-nın Prezidenti Maqsud Adığözəlov imzalayıb.

Müqaviləyə əsasən, “Sabah” FK-nın Topaz Premyer Liqasında mübarizə aparan əsas və I Divizionda yarışan əvəzedicilərdən ibarət komandaları 2018/19 mövsümünün qalan müddətində üzərində “Bank Respublika” yazılan formalarda çıxış edəcəklər. Bundan başqa, bu müddətdə Bank, klubun ev oyunlarını keçirdiyi “Əlincə Arena” stadionunda özünün reklam materiallarının yerləşdirilməsində müstəsna hüquqlara malik olacaq.

"Bank Respublika" ASC-nin İdarə Heyətinin sədr müavini Elnur Həsənov Bankın sosial məsuliyyət layihələrində idmana dəstəyin mühüm yer tutduğunu və layihənin əsas məqsədinin gənc və yeniyetmələri futbola cəlb etməklə futbolun kütləviliyinin artırmaq və gəncləri sağlam həyata yönləndirmək olduğunu bildirib.

“Sabah” FK-nın Prezidenti Maqsud Adıgözəlov futbol klublarının inkişafında sponsorların vacibliyini vurğulayıb, bankla birgə həyata keçiriləcək fəaliyyətlərin klubun oyunlarına, o cümlədən ölkə çempionatına olan marağın artmasına səbəb olacağına inandığını qeyd edib.

Qeyd edək ki, artıq şənbə günü klub “Bank Respublika” yazılı forması ilə ilk oyununu “Qarabağ” klubuna qarşı keçirəcək.

 

Baş ofis

Ünvan: Bakı ş., Xaqani küç. 21
Telefon: (+994 12) 144, (+994 12) 598 08 00
Faks: (+994 12) 598 08 80
E-mail: Info@bankrespublika.az
İş vaxtı: Bazar ertəsi – Cümə: 9:00 - 17:30