BankRespublika

Bank Respublika qadın sahibkarlar üçün treninq keçirdi

Ölkəmizdə sahibkarlığın inkişafına böyük önəm verən Bank Respublika, regionlarda fəaliyyət göstərən qadın sahibkarların bilik və bacarıqlarının artırılması məqsədilə onları maraqlandıran mövzular üzrə təlimlər təşkil edib.

3 həftə davam edən layihədə Quba, Lənkəran və Gəncə şəhərində fəaliyyət göstərən 50-dən çox sahibkar qadın təlimlərdə iştirak edib. Təlimlərdə təcrübəli mütəxəssislər marketinq, satış, ilkin kapital mənbələri, gəlir və xərclərin hesablanması, vergi qanunvericiliyi, biznesin hüquqi əsasları və s. mövzularda faydalı məlumatlarla bölüşüblər.

Treninq çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Bank yeni ildə də ölkəmizin digər regionlarında faəliyyət göstərən qadın sahibkarlara dəstək olacaq layihələr həyata keçirməyə davam edəcək.

Baş ofis

Ünvan: Bakı ş., Xaqani küç. 21
Telefon: (+994 12) 144, (+994 12) 598 08 00
Faks: (+994 12) 598 08 80
E-mail: Info@bankrespublika.az
İş vaxtı: Bazar ertəsi – Cümə: 9:00 - 17:30