BankRespublika

Bank Respublika innovativ ödəniş həlləri tətbiq edən ən fəal bank seçilib

Dekabrın 19-da Azərbaycan Banklar Assosiasiyası (ABA) üzv təşkilatların və tərəfdaşların müxtəlif nominasiyalar üzrə mükafatlandırılması məqsədilə “Bankçılıq Mükafatları-2018” adlı tədbir keçirmişdir.

Tədbirdə banklarının nümayəndələri, beynəlxalq maliyyə institutlarının ölkəmizdəki nümayəndəlikləri, ABA-nın nəzdində fəaliyyət göstərən Ekspert qruplarının rəhbərləri, tərəfdaş təşkilatlar iştirak edib.

2018-ci ildə sosial, təhsil, maliyyə savadlığı sahəsində bir çox faydalı və uğurlu layihələr həyata keçirən, eləcə də yeni innovativ bank məhsulları təklif edən Bank Respublika, iştirak etdiyi hər 4 nominasiya üzrə ölkənin ən fəal bankı kimi mükafatlandırılıb:

Korporativ sosial məsuliyyət

Ən fəal təhsil dəstəkçisi

Ən fəal maliyyə savadlığı dəstəkçisi

İnnovativ ödəniş həlləri tətbiq edən ABA üzvü

Bank yeni ildə də "Korporativ Sosial Məsuliyyət" proqramı çərçivəsində valideyn himayəsindən məhrum olmuş uşaqlar, idman, mədəniyyət və təhsil sahəsinin dəstəklənməsi istiqamətində layihələr həyata keçirəcək.

Baş ofis

Ünvan: Bakı ş., Xaqani küç. 21
Telefon: (+994 12) 144, (+994 12) 598 08 00
Faks: (+994 12) 598 08 80
E-mail: Info@bankrespublika.az
İş vaxtı: Bazar ertəsi – Cümə: 9:00 - 17:30