BankRespublika

Bank Respublika Zaqatala və Balakəndə yerləşən internat məktəbində Novruz şənliyi keçirib

Ötən il çoxsaylı faydalı sosial layihələr həyata keçirən Bank Respublika, bu dəfə Novruz bayramı ərəfəsində paytaxtdan kənarda yerləşən ucqar internat məktəblərində balacalar üçün “Bahar Sevinci” adlı sosial layihə həyata keçirib.

Layihə çərçivəsində bankın əməkdaşları Zaqatala və Balakən şəhərində yerləşən inteqrasiya təlimli internat tipli gimnaziyada təhsil alan azyaşlı uşaqların arzularını həyata keçirərək onlar üçün bayram şənliyi təşkil edib.

Bayram şənliyində uşaqlar Novruz bayramının əsas personajları olan Kosa və Keçəl ilə birlikdə mahnı oxuyub, şeir söyləyib, rəqs edib, doyunca əyləniblər.

Şənlikdə bankın əməkdaşları valideyin himayəsindən məhrum olmuş, xüsusi qayğıya ehtiyacı olan və aztəminatlı ailələrdən olan 100-dən çox uşaq üçün əsl bayram əhval-ruhiyyəsi yaradaraq onları bayram münasibətilə təbrik edib, bank tərəfindən hazırlanmış bayram sovqatların təqdim ediblər.

Bankdan verilən məlumata əsasən, Bank Respublika bu il həyata keçirdiyi strategiya çərçivəsində sadəcə biznes sahəsində deyil, həmçinin sosial sahədə də müxtəlif layihələr həyata keçirərək, cəmiyyətə faydalı olmağa davam edəcək.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Baş ofis

Ünvan: Bakı ş., Xaqani küç. 21
Telefon: (+994 12) 144, (+994 12) 598 08 00
Faks: (+994 12) 598 08 80
E-mail: Info@bankrespublika.az
İş vaxtı: Bazar ertəsi – Cümə: 9:00 - 17:30