BankRespublika

Bank Respublika kompensasiya verilməsi prosesinə başlayır

Hörmətli müştərilər!

Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının icrası olaraq fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə kompensasiyaların verilməsi ilə bağlı hazırlıq işləri başa çatdırılmışdır. Maliyyə Nazirliyi tərəfindən kredit təşkilatlarına kompensasiya vəsaitlərinin köçürülməsi prosesi artıq başlanmış və mərhələli şəkildə həyata keçiriləcəkdir.

22 aprel 2019-cu il tarixindən Bank Respublika vətəndaşlara növbəlilik prinsipi əsasında kompensasiya ödənişlərinin verilməsinə başlayacaqdır.

Filiallara yaxınlaşaraq növbədə vaxt itkisi yaşamamaq üçün, Bank tərəfindən hər bir müştəriyə SMS və ya zəng vasitəsilə kompensasiya ödənişlərinin veriləcəyi yer və tarix öncədən bildiriləcək. Telefon nömrəsini dəyişmiş müştərilərə Bankın 144 Məlumat Mərkəzinə zəng edib, yeni əlaqə nömrəsini təqdim etmələri xahiş olunur.

Müştərilər, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının təqdim etdiyi portala daxil olaraq xarici valyuta kreditləri üzrə hesablanmış kompensasiya məbləği və restrukturizasiya məlumatını əldə edə bilərlər.

Baş ofis

Ünvan: Bakı ş., Xaqani küç. 21
Telefon: (+994 12) 144, (+994 12) 598 08 00
Faks: (+994 12) 598 08 80
E-mail: Info@bankrespublika.az
İş vaxtı: Bazar ertəsi – Cümə: 9:00 - 17:30