BankRespublika

Bank Respublika Ramazan bayramı ərəfəsində xeyriyyə aksiyası keçirdi

Müsəlman dünyasının müqəddəs bayramlarından biri olan Ramazan bayramı ərəfəsində Bank Respublika növbəti sosial aksiya keçirib.

Belə ki, bu dəfə Bankın əməkdaşları Saray qəsəbəsində yerləşən "Çıraq"uşaq inkişaf mərkəzində müalicə alan və xüsusi qayğıya ehtiyacı olan aztəminatlı ailələrdən olan uşaqları ziyarət ediblər. Görüşdə çıxış edən bankın nümayəndələri görüşə qatılan 30 ailəni salamlayıb, onları qarşıdan gələn Ramazan Bayramı münasibətilə təbrik edərək mərkəzdə müalicə alan övladlarına şəfa dilədilər. Daha sonra bank tərəfindən hazlırlanmış zəruri ərzaq məhsullarından ibarət xüsusi bayram sovqatları ailələrə təqdim edilib.

Bankdan verilən məlumata əsasən, aksiyanın keçirilməsində əsas məqsəd mərkəzdə müalicə alan uşaqlara və onların ailələlərinə bayram sevincini yaşatmaq, eləcə də sağlamlıq imkanları məhdud olan uşaqların problemlərini cəmiyyətin diqqətinə çatdırmaq və bu problemlərin həllində cəmiyyətin dəstəyinə nail olmaqdan ibarət idi.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Baş ofis

Ünvan: Bakı ş., Xaqani küç. 21
Telefon: (+994 12) 144, (+994 12) 598 08 00
Faks: (+994 12) 598 08 80
E-mail: Info@bankrespublika.az
İş vaxtı: Bazar ertəsi – Cümə: 9:00 - 17:30