BankRespublika

Bank Respublika Visa kart sahibləri üçün sərfəli kampaniya elan edir.

Bank Respublika öz müştərilərini sərfəli təkliflərlə sevindirməyə davam edir. Tətil və səyahət mövsümünün qızğın çağında Bank Respublika və Visa Beynəlxalq Ödəniş Sistemi yeni sərfəli kampaniyaya start verirlər!

Kampaniyanın şərtlərinə əsasən, 15 iyul - 15 avqust 2019-cu il tarixləri arasında “Bank Respublika”nın Visa kartları ilə aviabiletləri onlayn aldıqda, kart sahibi 5%-ə qədər сashback qazanacaq.

Cashback-in məbləği “Bank Respublika”dan olan Visa kartının növündən asılıdır:

· Visa Classic 2%

· Visa Gold 3%

· Visa Platinum 4%

· Visa Infinite 5%

Aksiyada iştirak edən bütün kartlar üzrə сashback kampaniyanın müddəti bitdikdən sonra 5 gün ərzində kart hesabına mədaxil ediləcək.

Cashback-in maksimal məbləği - 100 manat təşkil edir. “Bank Respublika”nın Visa kart sahiblərinin hər biri kampaniyanın şərtlərindən bir dəfə istifadə edə bilərlər.

 

Baş ofis

Ünvan: Bakı ş., Xaqani küç. 21
Telefon: (+994 12) 144, (+994 12) 598 08 00
Faks: (+994 12) 598 08 80
E-mail: Info@bankrespublika.az
İş vaxtı: Bazar ertəsi – Cümə: 9:00 - 17:30