BankRespublika

Moverkart

Bank Respublika, e-ticarətdə liderlərdən biri olan Mover ilə birgə yeni sərfəli “Moverkart”  kobrend kartını təklif edir.

özəl güzəştlər, daim yenilənən endirim kampaniyaları və bir çox başqa üstünlüklər əldə edə biləcək. Həmçinin, Moverkart sahibləri digər elektron ticarət istifadəçilərindən fərqli olaraq, onlayn alış-verişi özləri üçün daha qazanclı edə biləcək və pul xərclədikcə, bonuslar qazanacaq.

Moverkart sahibləri aşağıdakı möhtəşəm üstünlüklərə sahib olacaq:

  • Türkiyə saytlarından alış-verişlərdə ödənilən daşınma haqqının 20%-i bonus şəklində geri qayıdacaq;
  • Trendyol, Hepsiburada, LC Waikiki, N11, FLO, Karaca, Morhipo və s. onlayn alış-veriş saytları da daxil olmaqla, Türkiyənin bütün onlayn mağazalarında 5% bank komissiyası ödəmədən alış-veriş edə biləcək;
  • Kuryer Xidmətindən 50% endirimlə istifadə edəcək;
  • Təcili sifariş xidmətində 50% endirim qazanacaq;
  • Hesablarındakı pul (AZN) xarici valyutalara 0% komissiya ilə konvertasiya olunacaq;
  • Pulsuz mobil şöbə ilə vəsaitlərini bir toxunuşla idarə edə biləcək;
  • Kartın 3D təhlükəsizlik xidməti pulsuz aktiv ediləcək;
  • MilliÖn və E-manat aparatlarında rahatlıqla kart balansını artıra biləcək;

Moverkart sahibləri eyni zamanda “Bank Respublika”nın Paykart bonus sistemi daxilində onlarla partnyor şəbəkəsində alış-veriş zamanı 25%-ə qədər əlavə bonuslar qazanmaq şansı əldə edəcək.

Kartı onlayn sifariş etmək üçün bu linkə keçin: https://kart.mover.az/