BankRespublika

Yaşar Kərimov “Bank Respublika”nın İdarə Heyətinin Sədrinin müşaviri təyin olunub

Ölkənin aparıcı banklarından biri olan Bank Respublika daha bir peşəkar mütəxəssisi komandasına cəlb etməklə işçi heyətini gücləndirməyə davam edir.

Belə ki, Yaşar Kərimov “Bank Respublika”nın Biznesin İnkişafı və Rəqəmsal Transformasiya üzrə İdarə Heyətinin Sədrinin müşaviri təyin olunub.

Bank sahəsində böyük təcrübəyə malik olan Yaşar Kərimov, daha öncə müxtəlif vaxtlarda “Expressbank”da İnformasiya texnologiyaları, Biznesin inkişafı və Pərakəndə Bankçılıq Departamentlərinin rəhbəri olub.

O, 2005-ci ildə Marketinq ixtisası üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavr, 2008-ci ildə isə magistr dərəcəsini bitirib.

Baş ofis

Ünvan: Bakı ş., Xaqani küç. 21
Telefon: (+994 12) 144, (+994 12) 598 08 00
Faks: (+994 12) 598 08 80
E-mail: Info@bankrespublika.az
İş vaxtı: Bazar ertəsi – Cümə: 9:00 - 17:30