BankRespublika

SMS bankçılıq (9144)

Yeni xidmət vasitəsi ilə, müştəri mobil telefonundan 9144 qısa nömrəsinə SMS göndərməklə, bank hesabları, kreditləri, plastik kartlar və depozitləri üzrə məlumat ala biləcək.

Məlumat almaq üçün 9144 nömrəsinə müvafiq mətni yazıb göndərmək kifayət edir: Hesab, Kredit, Kart, Depozit.

• Hesab – cari hesablar üzrə qalıqlar (bütün valyutalarda) və hesabların bağlı olduğu filiallar üzrə məlumat;

• Kredit – mövcud kreditlərin məbləği (götürülən məbləğ), valyutası, ümumi borc, növbəti ödəniş məbləği (kredit üzrə gecikmə olduğu halda - gecikmə məbləği), kreditə bağlı hesab üzrə qalıq;

• Kart – Aktiv kartların siyahısı, kartın balansı (mövcud qalıq), kredit limiti barədə məlumat, limit üzrə əsas və faiz borcu, limitin bitmə tarixi, bonus balans.

• Depozit – Əmanətin məbləği, illik faiz dərəcəsi

Müştərinin mobil nömrəsi bir neçə Müştəri koduna bağlı olduğu halda, müştəriyə bankla əlaqə saxlamaq barədə SMS göndəriləcək. Bankla əlaqə saxlandığı halda Məlumat mərkəzi tərəfindən mövcud Müştəri kodlarından biri seçilir və məlumat gələcəkdə müştəriyə bu kod üzrə göndəriləcək.

Yeni servisdən yararlanmaq üçün müştəri ilə “elektron bank xidmətləri” müqaviləsinin bağlanılması zəruridir. Hal-hazırda bu servis Azercell və Bakcell abunəçiləri üçün aktivdir, Nar abunəçiləri isə yaxın zamanda qoşulacaq. Hər bir SMS müqabilində müştərinin balansından 6 qəpik tutulacaq.