Əmək haqqı layihələri
Əmək haqqı kartlarının istifadəsi həm təşkilat, həm də əməkdaşlar üçün bir sıra üstünlüklər verir.
Təşkilat üçün üstün cəhətlər:
- əmək haqqıların verilməsində operativlik
- mühasibat və kassa əməkdaşlarının vaxtına qənaət
- inkassasiya və pulların sayılmasına sərf olunan vaxta qənaət
- əmək haqqı verilən gün gərginliyin aradan qaldırılması
- yalnışlıq riskinin azaldılması
- kassa planları və limitlərinə riaəyət etmə prosedurlarının sadələşdirilməsi
- sənədləşmənin sadələşdirilməsi
- yuxarıda qeyd edilən proseslər üçün daha az maliyyə xərci sərf etmək
Əməkdaşlar üçün üstün cəhətlər:
- təşkilata getmədən əmək haqqının vaxtında alınması (növbəli ildə çalışan və ya məzuniyyətdə/ezamiyyətlə olan əməkdaşlar üçün)
- əmək haqqı verilən gün kassa önündə növbədə durmaq labüdlüyünün olmaması
- əmək haqqı alan zaman pulları saymağa ehtiyac olmaması
Əsas üstünlük kartda olan pulların ölkədən çıxan zaman deklarasiya edilməməsidir, yəni, kartda olan pul vəsaitlərinin ölkədən çıxarılmasına heç bir məhdudiyyət yoxdur.