BankRespublika

Paykart kredit kartı üzrə “Şəxsi kabinet” istifadəyə verildi.

İndi PayKart kredit sahibləri öz kart hesablarını yeni istifadəyə verilmiş Şəxsi kabinet xidməti vasitəsilə onlayn idarə edə biləcəklər. www.paykart.az səhifəsində yaradılmış bu xidmət kart sahiblərinə öz alış-verişlərini onlayn rejimində nəzərətdə saxlamaq imkanı yaradacaq.

Tətbiq edilən bu yenilik sayəsində kart sahibləri aparılan bütün kart əməliyyatlarına dair tam dolğun məlumatı əldə etməklə yanaşı, kart üzrə aylıq ödənişlərini “Şəxsi kabinet” vasitəsi ilə apara biləcəklər.

Beləliklə, “Şəxsi kabinet” xidməti vasitəsilə kart sahibləri hesab qalıqları və hesab hərəkətlərinə 24 saat ərzində rahat nəzarət edə biləcəklər. Burada PayKart istifadəçisinin ümumi borcu, növbəti ödənişinin məbləği, mövcud balans və digər faydalı məlumatlar göstərilir.

“Şəxsi kabinet” xidmətinə daxil olmaq üçün kart sahibi tərəfindən şəxsiyyət vəsiqəsinin nömrəsinin, təklif olunan unikal şifrənin və SMS-lə göndərilən beşrəqəmli kodun daxil edilməsi tələb olunur. Müştərinin “Şəxsi kabinet”-dən istifadə etməsi üçün Elektron Bank xidmətinə qoşulması vacibdir.

Baş ofis

Ünvan: Bakı ş., Xaqani küç. 21
Telefon: (+994 12) 144, (+994 12) 598 08 00
Faks: (+994 12) 598 08 80
E-mail: Info@bankrespublika.az
İş vaxtı: Bazar ertəsi – Cümə: 9:00 - 17:30