BankRespublika

«Vektor» sistemi üzrə pul köçürmələrini birbaşa plastik kartla almaq mümkün oldu.

İndi ölkədaxili pul köçürmələri üzrə aktiv müştərilər vəsaiti birbaşa plastik kartla ala biləcəklər ki, həmin məbləği asanlıqla istənilən bankomat vasitəsilə nağdlaşdırmaq, onlayn xərcləmək və ya POS-terminal üzrə alış etmək mümkün olacaq. Belə bir unikal fürsəti Bank Respublika-nın yeni “Vektor kartı” yaradır. Bu kart bank ofisinə gəlmədən, e-Manat terminalları üzərindən pul köçürməsinə imkan verən “Vektor” sisteminin növbəti inkişaf mərhələsidir.

Yeni kart pulsuz verilir və tam funksiyalı bank kartı kimi istifadə oluna bilər. Kart üzərindən vəsaitin nağdlaşdırılması zamanı heç bir faiz tutulmur, bu da kart sahibini pulköçürmə əməliyyatı üzrə ikiqat komissiyadan azad edir.

Yeni sistemin əsas üstünlüyü ondan ibarətdir ki, köçürülən məbləğ  pulu alan şəxsin kartına dərhal mədaxil edilir. Eyni zamanda, pulu göndərən və pul alan şəxslərə SMS vasitəsilə bildiriş göndərilir.

e-Manat terminalları vasitəsilə “Vektor” kartına pul köçürmək üçün, pulu alanın şəxsiyyət vəsiqəsinin nömrəsi və kartın son 4 rəqəmini qeyd etmək tələb olunur.

Vektor sistemi üzrə pulköçürmə əməliyyatları yalnız ölkə üzrə milli valyutada aparılır. Maksimal məbləğ 3000 manat təşkil edir. Kartı rəsmi internet səhifəsində  www.bankrespublika.az  həmçinin bankın istənilən filialında sifariş etmək olar.

Baş ofis

Ünvan: Bakı ş., Xaqani küç. 21
Telefon: (+994 12) 144, (+994 12) 598 08 00
Faks: (+994 12) 598 08 80
E-mail: Info@bankrespublika.az
İş vaxtı: Bazar ertəsi – Cümə: 9:00 - 17:30