BankRespublika

Bank Respublika əmanətlər üzrə faiz dərəcələrini artırdı.

 “Əmanətlərin tam sığortalanması haqqında” qanununa edilmiş dəyişikləri nəzərə alaraq Bank Respublika fiziki şəxslərin manatla yerləşdirilən müddətli əmanətlərinə daha yüksək faiz dərəcəsi tətbiq etdi. 

İndi milli valyuta ilə fiziki şəxslərin əmanətlərinin maksimal faiz dərəcəsi faizlərin 6 aydan sonra çıxarıldığı təqdirdə illik 4,5%-dən 10%-ə qaldırıldı. 12 aydan 36 ay müddətinə qoyulan əmanətlərdə faiz gəlirləri müddətin sonunda çıxarıldığı halda faiz dərəcəsi 2% artırılaraq illik 12 % təşkil edəcək.

Depozit hesabını bankın istənilən filial və ya şöbəsində açdırmaq mümkündür. Yeni faiz dərəcələri Bankın təmsil olunduğu bütün bölgələrinə aiddir.

Bank Respublika AR Əmanətlərin Sığortalanması Fondunun üzvüdür və Banka yatırılan bütün əmanətlər Fondun şərtlərinə uyğun olaraq sığortalanır.

Qeyd edək ki, Fond tərəfindən sığortalanan əmanətlər üzrə maksimal illik faiz dərəcəsi məbləğindən asılı olmayaraq 12% təşkil edir.

Baş ofis

Ünvan: Bakı ş., Xaqani küç. 21
Telefon: (+994 12) 144, (+994 12) 598 08 00
Faks: (+994 12) 598 08 80
E-mail: Info@bankrespublika.az
İş vaxtı: Bazar ertəsi – Cümə: 9:00 - 17:30