BankRespublika

Bank Respublika “Yığım əmanəti”-ni USD ilə də təklif edir.

Yeni yaradımış “Yığım əmanəti” məhsulunu Bank Respublika indi ABŞ dolları ilə də təklif edir. Beləliklə, istənilən şəxs ən azı 200 USD ilkin mədaxil etməklə Bankın filiallarında bu əmanət növü üçün hesab aça bilər.

3, 6 və 12 ay müddətinə müvafiq olaraq 0,75%; 1% və 1.25 % illik faiz dərəcəsi ilə açılan “Yığım əmanəti”-nin artırılması imkanı zaman və məbləğ baxımından məhdudiyyətsizdir.

Əmanət üzərinə əlavə məbləği uyğun olan vaxtda, bank ofisinə gəlmədən MilliÖN və e-Manat terminallarından həmçinin bankim.az səhifəsində fasiləsiz xidmət göstərən “İnternet şöbəsi” vasitəsilə mədaxil etmək mümkündür (manatla cari məzənnəyə uyğun).

“Yığım əmanəti” üzrə faizlər müddətin sonunda ödənilir. Bu depozit növünün maksimal limiti olmasa da, faizlərin hesablanması üçün maksimal məbləğ 50 000 USD təşkil edir.

Baş ofis

Ünvan: Bakı ş., Xaqani küç. 21
Telefon: (+994 12) 144, (+994 12) 598 08 00
Faks: (+994 12) 598 08 80
E-mail: Info@bankrespublika.az
İş vaxtı: Bazar ertəsi – Cümə: 9:00 - 17:30