BankRespublika

Bank Respublika tarif dərəcələrini endirdi.

Bank Respublika müştəri məmnuniyyətinin artırılmasına yönəlmiş strategiyasına sadiq qalaraq təklif olunan bank xidmətləri üzrə tarif dərəcələrində endirim etdi.

Dəyişikliklərə görə, Azərbaycan Respublikası ərazisində gömrük rüsumları Bank Respublika-nın plastik kartları ilə ödənildikdə komissiya haqqı indi 0,1%  təşkil edəcək (0,2% idi).

Bundan əlavə, sahibkarlara dəstək məqsədi ilə, Bankın korporativ müştəriləri hesablaşma əməliyyatları zamanı artıq xarici valyutanın konvertasiyası üçün əlavə komissiya haqqı ödənilməsindən azad olunurlar (0,5 % komissiya haqqı tutulurdu).

Bank Respublika – Sizə faydalı!

Baş ofis

Ünvan: Bakı ş., Xaqani küç. 21
Telefon: (+994 12) 144, (+994 12) 598 08 00
Faks: (+994 12) 598 08 80
E-mail: Info@bankrespublika.az
İş vaxtı: Bazar ertəsi – Cümə: 9:00 - 17:30