BankRespublika

Plastik kartlar üzrə yeni tariflər

Bankın təklif etdiyi sərfəli mübadilə tariflərindən bəzi müştərilər tərəfindən sui-istifadə hallarının qarşısını almaq məqsədilə plastik kartlar üzrə yeni tariflər qəbul olunmuşdur.

Yeni tariflər 15.08.2016-cı il tarixindən tədbiq olunur. Bankın bütün kartları üzrə aşağıda qeyd olunan multivalyuta (AZN valyutalı plastik kartlarından digər valyutaların çıxarılması və / və ya digər valyutalı plastik kartlara AZN valyutasında məbləğlərin mədaxili) əməliyyatları üzrə (həm ölkədaxili, həm də ölkəxarici) 4% həcmində mübadilə komissiyası təyin olunur:

 Əməliyyat növləri:

  • AZN valyutalı kartdlaran xarici valyutada Card to Card əməliyyatlarıı;
  • Xarici valyutalı kartlara AZN valyutasında mədaxil əməliyyatları (Cash in, Cash to Card, POS-Credit);
  • AZN valyutalı kartlardan xarici valyutada məxaric əməliyyatları (ATM, POS-Cash, Cash by Code);
  • AZN valyutalı kartlardan xarici valyutada Card to Account əməliyyatları;
  • Digər bankların kartlarından “Bank Respublika”-nın xarici valyutada olan kartına AZN ilə köçürmə əməliyyatları (Card to Card);

Həmçinin digər valyutada aparılan Retail (POS terminallar üzrə əməliyyatlar) və Unique (onlayn oyunlar v.s.) növlü əməliyyatlar üzrə 2% komissiya tədbiq olunmuşdur.

Tariflər üzrə növbəti dəyişiklər haqqında bank tərəfindən məlumat veriləcək.

Bank kartları üzrə əməliyyatlara dair bəzi tarif və limitlərlə bağlı yeni məlumat bu linkdə verilir.

Baş ofis

Ünvan: Bakı ş., Xaqani küç. 21
Telefon: (+994 12) 144, (+994 12) 598 08 00
Faks: (+994 12) 598 08 80
E-mail: Info@bankrespublika.az
İş vaxtı: Bazar ertəsi – Cümə: 9:00 - 17:30