BankRespublika

Mobil Şöbə-nin yeni imkanları.

İndi Bank Respublika-nın “Mobil Şöbə” əlavəsi vasitəsilə dostunuz və yaxud yaxın adamınızın kartına (digər bankın müştərisi olsa belə) pul köçürmək mümkün oldu.

Bundan başqa, bu əlavə üzərindən istənilən aktiv bank hesabına vəsaiti mədaxil etmək və banka gəlmədən krediti ödəmək də olar.

Yeni qurğuların əlavə edilməsi və ya əvəz olunması üçün əsas menyuda qeydiyyatın imtina edilməsi funksiyası əlavə olunub ki, bir toxunuşla istifadə etdiyiniz qurğunu həmin akkauntdan ayırsın.

Xatırladırıq ki, Mobil Şöbə əlavəsi üzərindən smartfonla bank məhsullarından daha rahat və sadə şəkildə istifadə edilməsini təmin etməklə yanaşı burada kartdan çıxarış, kreditlərin ödənilməsi, hesaba mədaxil, kommunal xidmət ödənişləri və s. imkanları da mövcuddur.

İstifadəçilər arasında daha populyar olan hesabdan çıxarış funksiyasında konkret bank kartını istifadə etdiyiniz müddətdən başlayaraq bütün əməliyyatlara nəzarət etmək mümkün oldu.

 Ən vacib yeniliklərdən biri kimi, istifadəçilərin xahişi ilə kommunal xidmətlər siyahısının artırılmasıni qeyd etmək istərdik.

Mobil Şobə əlavəsini aşağıdakı linklərə keçid etməklə yükləmək olar:

iOS - https://appsto.re/az/7jeFbb.i

Android - https://play.google.com/store/apps/details?id=com.brmobilshobe

Baş ofis

Ünvan: Bakı ş., Xaqani küç. 21
Telefon: (+994 12) 144, (+994 12) 598 08 00
Faks: (+994 12) 598 08 80
E-mail: Info@bankrespublika.az
İş vaxtı: Bazar ertəsi – Cümə: 9:00 - 17:30