BankRespublika

Bank Respublika nizamnamə kapitalını artırdı.

15 İyul 2016-cı il tarixində Bank Respublika ASC-nin Baş ofisində səhmdarların ümumi yığıncağında bankın nizamnamə kapitalının 20 mln. manat artırılmasına dair qərar qəbul olunmuşdur.

Bu qərar əsasında 15.09.2016-cı il tarixində səhmlərin alınması məqsədi ilə bankın mövcud səhmdarları tərəfindən Milli Depozit Mərkəzinə 20 mln. manat köçürülmüşdür.

Bu artım nizamnamə kapitalın 53% təşkil edib, bankın nizamnamə kapitalı isә 57.5 mln. manata çatdırılmışdır.

Kapitalın artımı bankın inkişaf strategiyasına uyğun olaraq həyata keçirildi və bankın dayanıqlı inkişafını təmin edib əməliyyat və kreditləşdirmə imkanlarını genişləndirәcək.

Kapitalın gücləndirilməsi həmçinin əsas inkişaf sahələrindən biri olan korporativ bankçılıq sahəsində daha geniş işin aparılmasına imkan yaradacaq.

Elektron bankçılıq kanalları, kart məhsulları və digər innovativ bank xidmətləri bu addımdan sonra daha böyük tədbiq imkanları alacaqlar.

Bank Respublika 22 may 1992-ci il tarixdə Azərbaycan Respublikası Milli Bankının lisenziyası əsasında fəaliyyətə başlamışdır və artıq 24 ildir ki öz müştərilər üçün faydalı olmaq prinsipi ilə fəaliyyət göstərir.

Bankın səhmdarları sırasında Almaniyanın 2 maliyyə təşkilatı təmsil olunur – KfW bank qrupunun üzvü DEG İnvestisiya Şirkəti və Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü Sparkassen International Development Trust.

Baş ofis

Ünvan: Bakı ş., Xaqani küç. 21
Telefon: (+994 12) 144, (+994 12) 598 08 00
Faks: (+994 12) 598 08 80
E-mail: Info@bankrespublika.az
İş vaxtı: Bazar ertəsi – Cümə: 9:00 - 17:30