BankRespublika

Mobil Şöbə-yə ipoteka və cərimələrin ödənişləri funskiyası əlavə olundu.

İndi “Mobil Şöbə” əlavəsi vasitəsilə dövlət xidmətləri bölümündə Azərbaycan İpoteka Fondu xətti ilə ayrılan ipoteka kreditlərini, həmçinin yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən cərimələri ödəmək mümkün oldu.

Bundan başqa, istifadəçilərə Mobil Şöbə üzərindən aparılan əməliyyatların aylıq və gündəlik limitləri haqqında məlumat funksiyası aktivləşdirilib.

Yeniliklər sırasında vəsaitlərin köçürülməsi üçün şablonlarının yeni növü, əlavənin dizayn tərtibatını qeyd etmək istərdik. Həmçinin, istifadəçilərin xahişi ilə, proqramdan istifadə zamanı rast gəlinən çatışmazlıqlar nə nöqsanlar aradan götürüldü.  

Xatırladırıq ki, Mobil Şöbə əlavəsi üzərindən smartfonla bank məhsullarından daha rahat və sadə şəkildə istifadə edilməsini təmin etməklə yanaşı burada kartdan çıxarış, kreditlərin ödənilməsi, hesaba mədaxil, kommunal xidmət ödənişləri və s. imkanları da mövcuddur.

Mobil Şobə əlavəsini aşağıdakı linklərə keçid etməklə yükləmək olar:

iOS - https://appsto.re/az/7jeFbb.i

Android - https://play.google.com/store/apps/details?id=com.brmobilshobe

Baş ofis

Ünvan: Bakı ş., Xaqani küç. 21
Telefon: (+994 12) 144, (+994 12) 598 08 00
Faks: (+994 12) 598 08 80
E-mail: Info@bankrespublika.az
İş vaxtı: Bazar ertəsi – Cümə: 9:00 - 17:30