BankRespublika

Kredit üzrə arxa ofis mütəxəssisi

Departament: Kredit üzrə arxa ofis şöbəsi

Filial: Tovuz

Yerlərin sayı: 1

Müraciət üçün son tarix: 2020-01-31

Namizəddən tələblər

  • Ali təhsil (maliyyə və iqtisadiyyat üzrə təhsil arzuolunandır);
  • Azərbaycan dili əla (yazılı və şifahi );
  • Komputer bilikləri; Microsoft Office Programs (Word,Excel);
  • Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.

Vəzifə borcları

  • Bank proqramında CIF (Customer Information File) hesab açmaq;
  • Kredit, zəmanət, akkreditiv və kredit ödənişləri üzrə məlumatları düzgün şəkildə bank proqramına daxil etmək;
  • Qanunvericiliyə, bankdaxili qaydalara və kredit komitəsinin qərarlarına uyğun olaraq müqavilələr, müqaviləyə əlavələr və digər zəruri sənədləri tərtib edərək krediti rəsmiləşdirmək; 
  • Kredit qovluğunu və onun elektron fotosurətini yaratmaq;
  • Bank sənədlərini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyin tələblərinə və bankdaxili qaydalara uyğun olaraq tərtib etmək və rəsmiləşdirmək.

Sizə nə təklif edirik?

  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
  • Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
  • Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
  • Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini HR@bankrespublika.az elektron ünvanına göndərə bilərlər və yaxud müraciət etmək üçün şəxsi kabinetə daxil olun və ya qeydiyyatdan keçin


Vakansiya üzrə müraciət etmək üçün şəxsi kabinetə daxil olun və ya qeydiyyatdan keçin

Baş ofis

Ünvan: Bakı ş., Xaqani küç. 21
Telefon: (+994 12) 144, (+994 12) 598 08 00
Faks: (+994 12) 598 08 80
E-mail: Info@bankrespublika.az
İş vaxtı: Bazar ertəsi – Cümə: 9:00 - 17:30