BankRespublika

İstehlak kreditləri üzrə mütəxəssis

Departament: Pərakəndə satışlar departamenti

Filial: Quba filialı

Yerlərin sayı: 1

Müraciət üçün son tarix: 2019-04-07

Namizəddən tələblər

  • Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarəedilməsi üzrə təhsil arzuolunandır);
  • İş təcrübəsi: bank, müştəri xidmətləri və ya satış sahəsində təcrübə arzuolunandır;
  • Dil bilikləri: Azərbaycan dili (əla);
  • Komputer bilikləri; Microsoft Office Programs (Word,Excel);
  • Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
  • Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.

Vəzifə borcları

  • Bankın məhsullarının effektiv və keyfiyyətli satışı;
  • Keyfiyyətli portfel formalaşdırmaq və portfeli idarə etmək.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini HR@bankrespublika.az elektron ünvanına göndərə bilər və yaxud "Şəxsi kabinetə keçid" düyməsinə keçid edərək, qeydiyyatdan keçib şəxsi kabinetinizən müraciət edə bilərsiniz.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.


Vakansiya üzrə müraciət etmək üçün şəxsi kabinetə daxil olun və ya qeydiyyatdan keçin