Bankın missiyası və strateji baxışı
Bankın missiyası:
Bank Respublika məsuliyyətli və intizamlı bankçılıq prinsipləri əsasında dayanıqlı iqtisadi inkişafı dəstəkləyən, Azərbaycan sahibkarlarının və ailələrinin etibarlı bank tərəfdaşıdır.
Biz mikro, kiçik və orta biznes subyektlərini, eləcə də fərdi müştəriləri onların ehtiyaclarına uyğun maliyyə həlləri ilə təmin edir, bunu güclü risk idarəçiliyi və sağlam korporativ idarəetmə ilə dəstəkləyirik.
Müştərilərimiz, əməkdaşlarımız, səhmdarlarımız və cəmiyyət üçün uzunmüddətli dəyər yaratmağa sadiqik.
Strateji baxış:
Mikro, kiçik və orta biznes üçün ilk seçim olunan bank olmaq, pərakəndə bankçılıqda güclü mövqeyimizi qorumaq və bütün müştəri seqmentləri üzrə yüksək xidmət keyfiyyəti təqdim etmək.
Strateji hədəflər
- Biznesin İnkişafı
Bank Respublika-nı mikro və KOB-lar üçün aparıcı bank tərəfdaşı kimi mövqeləndirmək, pərakəndə bankçılıqda TOP-5 mövqeyini qorumaq.
- Rəqəmsallaşma və Proseslər
Əməliyyat səmərəliliyini və üstün müştəri təcrübəsini artırmaq üçün rəqəmsal transformasiya və məlumat əsaslı proses optimallaşdırmasını inkişaf etdirmək.
- Risk və Komplayns
Prudent risk idarəçiliyi, güclü korporativ idarəetmə və tam tənzimləyici uyğunluq vasitəsilə dayanıqlı gəlirliliyi təmin etmək.
- İnsan Kapitalı
İstedadların inkişafı, liderlik mükəmməlliyi və əməkdaş bağlılığı ilə dəstəklənən yüksək performans mühiti formalaşdırmaq.











