Avropa İnvestisiya Bankı (www.eib.org) ilə bağlanmış müqavilə vasitəsilə Bank Respiblika kiçik və orta bizneslərə (KOS) aşağı qiymətlərlə və çevik ödəmə cədvəlləri ilə əvəzolunmaz maliyyə mənbəyinə çıxışı təmin etməklə dəstək verir.

 

KOS-ların xeyrinə Avropa Əməkdaşlığı

AİB Avropa İttifaqının uzunmüddətli kredit bankıdır; onun rolu Aİ-nin siyasət məqsədlərinə dəstək olaraq investisiya layihələrini maliyyələşdirməkdən ibarətdir. Aİ-nin xarici fəaliyyətini dəstəkləmək məqsədilə, Avropa Parlamenti və Şurasının qərarı ilə AİB-ə Aİ hüdudlarından kənarda müvafiq layihələri maliyyələşdirmək üçün Xarici Mandat  verilir.

Kapital bazarları üzrə mümkün olan ən yaxşı reytinqi (AAA) sayəsində AİB sərfəli şərtlərlə vəsait götürə və bu vəsaitləri bizim vasitəmizlə KOS-lara ötürə bilər. Biz AİB-nin iştirakı və onun alınan kreditin maliyyə şərtlərinə təsiri barədə KOS-ları xüsusi və fərdi şəkildə məlumatlandırırıq. AİB Qrupunun KOS-lara dəstəyi ilə bağlı geniş məlumatı AİB-in internet səhifəsində (www.eib.org) əldə etmək olar.

 

AİB maliyyələşdirməsi nədir?

AİB bu mühüm sektora həyati əhəmiyyət kəsb edən yeni kredit xətlərinə çıxışa kömək etməklə KOS-lara dəstəyini gücləndirir. Kreditin müddəti minimum 2 ildir (kreditin faktiki müddəti maliyyələşdirilən layihənin iqtisadi və texniki müddətindən asılı olacaq) və o, çox kiçik layihələrdən tutmuş maksimum dəyəri 25 milyon Avro olan investisiyalara qədər maliyyələşdirmək üçün istifadə edilə bilər. Bununla belə, AİB-nin töhfəsi 12,5 milyon Avrodan çox ola bilməz.

 

AİB kreditinə kim müraciət edə bilər?

●         İnvestisiyadan əvvəl konsolidasiya edilmiş əsasda 250-dən az işçisi olan yerli KOS-lar;

●         Silah və sursat istehsalı, odlu silah, hərbi və ya polis texnikası və ya infrastrukturu, insanların fərdi hüquq və azadlıqlarını məhdudlaşdıran avadanlıq və ya infrastruktur, ətraf mühitə təsir edən fəaliyyətlər, etik və ya mənəvi cəhətdən mübahisəli hesab edilən və ya milli qanunvericiliklə qadağan edilmiş fəaliyyətlər, ticarət nişanı və ya coğrafi göstəricini pozan aktların predmeti olan malların istehsalı və ya satışına yönəlmiş fəaliyyətlər, mübahisəli və ya milli qanunvericiliklə qadağan edilmiş, ticarət nişanını və ya coğrafi göstəricini pozan aktın predmeti olan malların istehsalı və ya satışını hədəfləyən fəaliyyətlər, mərc oyunları və tütün satışı ilə əlaqəli fəaliyyətlər istisna olmaqla iqtisadi sektorların əksəriyyəti uyğundur.

 

AİB krediti nə üçün istifadə edilə bilər?

AİB krediti KOS-un inkişafı kontekstində çəkilmiş bütün investisiyaları və xərcləri maliyyələşdirmək üçün istifadə edilə bilər, yəni:

●         Maddi investisiyalar: torpaq alışı ilə bağlı bəzi məhdudiyyətlərlə maddi aktivlərin alınması, təmiri və ya genişləndirilməsi.

●         Qeyri-maddi investisiyalar: xüsusilə Tədqiqat və İnkişaf (R&D) ilə bağlı xərclər, proses lisenziyalarının və proqram təminatının alınması.

●         KOS-un əməliyyat fəaliyyəti üçün lazım olan orta və uzunmüddətli dövriyyə kapitalına tələblər.

 

Biznesiniz üçün hansı üstünlüklər var?

●         Standart biznes krediti şərtləri ilə müqayisədə sərfəli faiz dərəcələri əldə edə bilərsiniz.

●         Biznesinizin şərtlərinə və pul vəsaitlərinin hərəkəti tələblərinə uyğun olaraq kreditin müddətini və ya ödəmə tezliyini razılaşdıra bilərsiniz.

●         Bu pul vəsaitlərinin hərəkətinə və ya likvidliyinizə mənfi təsir göstərmədən biznesinizə əhəmiyyətli dərəcədə investisiya qoymağa imkan verir.

 

Bunun müqabilində nə gözlənilir?

Əgər bu, AİB tərəfindən tələb olunubsa (a) əsaslandırılmış xəbərdarlıq əsasında, siz AİB nümayəndələrinə kreditin predmeti olan layihəni təşkil edən bütün sahələrə, qurğulara və işlərə baş çəkməyə və yoxlamağa icazə verməlisiniz; və (b) biz sizin haqqınızda AİB-ə məlumat verə bilərik.

Biznesinizin AİB-nin “KOS kreditləri” proqramı vasitəsilə maliyyələşdirməyə uyğun olub-olmadığını öyrənmək etmək üçün Müştərilərlə Əlaqələr üzrə Menecerimizlə əlaqə saxlayın və ya yerli filialımıza baş çəkin.