Bank Respublika “Əmanətlərin sığortalanması haqqında” dövlət qanununa əsasən yaradılmış Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Bankda yerləşdirilmiş əmanətləri Fondun şərtlərinə əsasən sığortalanır. 

Milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12%, xarici valyutada isə 2,5% təşkil edir.

Hər bir əmanətçiyə bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində (100 min manatdan çox olmamaq şərtilə) kompensasiya ödənilir.   

Əmanəti vaxtından əvvəl götürülmə şərtləri

Əmanətçi öz əmanətini Bankdan vaxtından əvvəl də geri götürə bilər. Əmanətçi əmanəti geri istəyərsə Bank əmanətin tam məbləğini maksimum 5 iş günü ərzində əmanətçiyə qaytarır. Bu öhdəlik əmanət Banka yerləşdirilərkən imzalanan müqavilədə də əks olunur. Əmanəti vaxtından əvvəl götürdükdə əmanət üzrə hesablanmış faizlər müştəriyə əmanətin faktiki müddətindən asılı olaraq ödənilir. Əgər, əmanətin faktiki müddəti:

  • 90 gün və daha azdırsa – hesablanmış faizlər ödənilmir
  • 91 – 365 gündürsə – hesablanmış faizlərin 10 %-i ödənilir
  • 366 gün və daha çox – hesablanmış faizlərin 20% -i ödənilir

Manat (AZN) üzrə

Aylar

Aylıq

əsasda

Müddətin sonunda

6 ay - 11 ay  5.5% (illik) 6.5% (illik)
12 ay - 17 ay  9% (illik)  9.5% (illik) 
18 ay - 23 ay  9,25% (illik)  10% (illik) 
24 ay - 36 ay  9,5% (illik)  10.5% (illik) 
36 ay 9,5% (illik)  10.5% (illik) 

Qeyd: Bankın mövcud müddətli əmanəti olan müştərilərinin əmanətlərinin vaxtı avtomatik uzadıldıqda 0.25% əlavə edilməklə uzadılacaqdır.

 

ABŞ dolları üzrə

Aylar

Aylıq

əsasda

Müddətin sonunda

3 ay - 11 ay  3.0% (illik) 3.0% (illik)
12 ay - 18 ay  3.5% (illik)  3.5% (illik)
19 ay - 23 ay  3.5% (illik)  3.5% (illik)
24 ay - 35 ay 3.0% (illik) 3.25% (illik)
36 ay 3.0% (illik) 3.5% (illik)

 

  • Vergi Məcəlləsinin 102.1.22-3 və 102.1.22-4 bəndlərinə əsasən 2024-cü ilin yanvar ayının 1-dən etibarən fiziki şəxslərin yalnız milli valyutada olan yeni depozitləri üzrə aşağıdakı gəlirləri gəlir vergisindən azad edilir:

         - Depozitlər üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatadək olan hissəsi;

         - Depozit 18 ay və daha artıq müddətə yerləşdirildikdə və depozitin məbləği 18 aydan tez olmayaraq ödənildikdə hesablanan faiz                        gəlirlərinin tam hissəsi – 3 il müddətinə.