Mobil Şöbə – Bankınız hər zaman sizinlə

Bank Respublika-nın Mobil Şöbə tətbiqi ilə bank xidmətlərini istədiyiniz yerdən, istədiyiniz vaxt idarə edin. Sürətli, təhlükəsiz və intuitiv rəqəmsal bank təcrübəsi artıq bir toxunuş qədər yaxındır.

Hesablarınızı, kartlarınızı və kreditlərinizi bir platformada idarə edin, ödəniş və köçürmələri isə bir neçə saniyəyə həyata keçirin. İstənilən bank kartını əlavə edərək Mobil Şöbə-ni rəqəmsal cüzdan kimi də istifadə edə bilərsiniz.

 

Sadə başlanğıc. Sürətli giriş. Maksimum rahatlıq.

Mobil Şöbə-nin 4.0 versiyası ilə qeydiyyat prosesi daha da sadələşdirilib və hər kəs üçün əlçatandır.

Bank Respublika müştəriləri tətbiqə mobil nömrə və OTP təsdiqi ilə daxil olur, daha sonra FIN və ya kart məlumatları ilə prosesi tamamlayırlar.

Bank müştərisi olmayan istifadəçilər isə yalnız mobil nömrə və FIN kodu ilə qeydiyyatdan keçərək dərhal Mobil Şöbə dünyasına qoşula bilirlər.

Daha sürətli və təhlükəsiz identifikasiya üçün SİMA (KYC) texnologiyası da tətbiq olunub.

Yeni Profil interfeysi isə bütün şəxsi məlumatlara və əsas funksiyalara daha rahat çıxışı təmin edir.

 

Sizin maliyyə həyatınızı sadələşdirən imkanlar

Mobil Şöbə ilə gündəlik bank əməliyyatlarınızı daha ağıllı və rahat şəkildə idarə edin:

- Xarici bank kartlarına sürətli pul köçürmələri

- Cash by Code – kodla nağd pul çıxarışı

- NEOBonus, AniPay və ƏDV Geri Al xidmətləri

- Rəqəmsal kart və Google Pay dəstəyi

- Kredit və kartların onlayn sifarişi

- Bank sənədlərinin ünvana çatdırılması

Ödənişlər və köçürmələr – bir platformada

Bütün gündəlik ödənişlərinizi Mobil Şöbə-dən rahatlıqla idarə edin:

- Kommunal, mobil, internet və dövlət ödənişləri

- DYP, ipoteka və digər rəsmi xidmətlər

- Parkinq ödənişləri

- Avtomatik ödənişlər və şablon əməliyyatlar

- Western Union və Vektor köçürmələri

 

Daha çox nəzarət. Daha çox təhlükəsizlik.

Mobil Şöbə bank əməliyyatlarınızı həm rahat, həm də təhlükəsiz şəkildə idarə

etməyiniz üçün hazırlanıb:

  • Digər bank kartlarının əlavə edilməsi
  • ATM və filialların xəritədə asan tapılması
  • Face ID və barmaq izi ilə təhlükəsiz giriş
  • İnkoqnito rejimi – balans görünürlüğünü özünüz idarə edin
  • OTP məlumatlarının təhlükəsiz saxlanması

Mobil Şöbə ilə bankınız hər zaman yanınızda

  1. Mobil Şöbə tətbiqini yükləyin
  2. Bir neçə addımda qeydiyyatdan keçin
  3. Bank xidmətlərindən 24/7 rejimində fasiləsiz istifadə edin