Kredit borclarını onlayn ödəmək imkanı yaradan xidmət.
Bank Respublika müştərilərə kredit borclarını bankın rəsmi internet səhifəsi vasitəsilə onlayn ödəmək imkanı yaradan yeni və rahat xidmət təqdim edir. Bu xidmət müştərilərin vaxtına qənaət etmək və ödəmə prosesini daha da asanlaşdırmaq məqsədilə hazırlanıb.
Onlayn ödəmə üçün www.bankrespublika.az saytında “Kreditin onlayn ödənişi” bölməsinə daxil olun və müvafiq sahələrə müştəri kodu və FİN kodunu daxil edin. Növbəti səhifələrdə ödəniləcək məbləği (15 000 AZN-dən çox olmamalıdır), kredit kartının məlumatlarını və təhlükəsizlik kodunu daxil edin. İstifadəçiyə sorğunun yerinə yetirilməsi barədə məlumat veriləcək.
Sorğu uğurla icra edildikdən sonra, cari hesabdan vəsait çıxılacaq və kredit borcunuz cədvələ uyğun şəkildə avtomatik ödəniləcək.











