BİRİNCİ TİRAJDA QALİB GƏLƏN MÜŞTƏRİLƏRİN SİYAHISI

 

2 tirajdan ibarət lotereyanın şərtlərinə əsasən, Bank Respublika-dan min.500 AZN və daha çox kredit götürən müştərilər 2 ədəd BYD Destroyer avtomobili, 24 ədəd 5 qr-lıq qızıl külçə (999.99 əyyar), 10 ədəd 10 qr-lıq qızıl külçə (999.99 əyyar)  və 4 ədəd 20 qr-lıq qızıl külçə (999.99 əyyar)  qazanmaq imkanı olacaq.

Qeyd edək ki, avtomobillər BYD şirkətinin Azərbaycandakı rəsmi dileri “Group Motors” tərəfindən təqdim olunur.

Lotereyanın əsas şərtləri:

  • Lotereyada 01.10.2025 – 01.05.2026 tarixləri arasında Bank Respublika-dan Lombard krediti götürən və həmin dövrdə krediti aktiv olan müştərilər iştirak edə bilər.
  • Hər 500 AZN məbləğində lombard krediti 1 şans deməkdir.
  • Lotereya 2 tirajdan ibarətdir və qaliblər 10.01.2026 və 15.05.2026-cı il tarixlərində, Bakı şəhəri, Xaqani 21 ünvanında yerləşən Bankın baş ofisində tiraj komissiyasının müəyyən olunmuş üzvlərinin iştirakı ilə, kompüterdə xüsusi proqramın təsadüfi seçimi vasitəsilə müəyyən olunacaq.
  • Ümumilikdə lotereya dövründə 40 hədiyyə qazanılacaq.
  • 1-ci tiraj üçün kredit 31.12.2025 tarixinədək, 2-ci tiraj üçün isə, kredit 01.05.2026 tarixinədək aktiv qalmalıdır.
  • Hər tirajda bir iştirakçı yalnız bir dəfə qalib ola bilər (şansların sayından asılı olmayaraq).
  • Birinci tirajda əldə olunan şanslar həmçinin ikinci tirajda da iştirak edir.
  • İştirakçının Lotoreya dövrü ərzində 1 müqavilə üzrə aktiv Lombard kreditlərində 10 gündən artıq müddətdə gecikməsi olmamalıdır.
  • Lotereyada Bank Respublika əməkdaşları və aidiyyəti şəxslər iştirak edə bilməz.

Əgər siz də sərfəli şərtlərlə kredit götürüb, həm avtomobil, həm də qızıl külçə qazanmaq şansını qaçırmaq istəmirsinizsə – düzgün seçim edin, qalib olun!